"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Makkabi" ilə qarşılaşacaq

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Makkabi" ilə qarşılaşacaq
# 22 oktyabr 2020 01:34 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirəcək.

Apasport.az saytının məlumatına görə, qitəmiqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə təmsilçimiz Avropa Liqasının qrupunda ilk sınağına çıxacaq.

Avrokuboklarda ardıcıl 7-ci dəfə əsas mərhələdə çıxış edəcək Ağdam təmsilçisi ikinci dərəcəli klub turnirində 6-cı dəfə yarışacaq. Qurban Qurbanovun yetirmələri İ qrupunda ilk maçını səfərdə keçirəcək.

“Qarabağ” İsraildə Təl-Əviv “Makkabi”si ilə üz-üzə gələcək. İndiyədək heç vaxt qrup səddini adlaya bilməyən çempionumuz ilk iddiasındadır. Bunun üçün komanda ikinci yerə əsas rəqiblərindən birinə uduzmamalıdır.

Çünki “Vilyarreal”ın favorit sayıldığı qrupda digər üç komanda ikinci vəsiqə ilə 1/16 finala iddia edir. Bu səbəbdən hər qarşılaşma, hər xal böyük dəyərə malikdir.

21 il əvvəl İsrailin digər “Makkabi”sini – Hayfa təmsilçisini səfərdə məğlub edən “Qarabağ” eyni uğuru təkrarlamağa köklənib. Tarixi nailiyyət üçün ev oyunlarını da Azərbaycandan kənarda oynamaq məcburiyyətində qalan ağdamlılar səfər qarşılaşmalarında da uğur əldə etməlidir.

Qeyd edək ki, “Makkabi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi
22 oktyabr
I tur, I qrupu
23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Con Biton (Şotlandiya)
Təl-Əviv. Blumfeld stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR