Türkiyə millisinin və İtaliyanın “Milan” klubunun futbolçusu Hakan Çalhanoğlu karyerasını Asiyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Qətərdən təklif alıb.
“Əl-Duhail” klubu türk futbolçuya 3 illik müqavilə təklif edib. Keçid baş tutsa, Hakan ildə 8 milyon avro qazanacaq. Tərəflər gələn həftə müqavilənin detallarını müzakirə etməlidir.
Qeyd edək ki, futbolçunu saxlamaqda maraqlı olan “Milan” onunla razılıq əldə etməkdə çətinlik çəkir.