Goranboy rayon sakinindən külli miqdarda narkotik maddə götürülüb

Goranboy rayon sakinindən külli miqdarda narkotik maddə götürülüb
# 21 dekabr 2006 10:54 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində Goranboy rayon sakini İslam Quliyevdən külli miqdarda narkotik maddə götürülüb. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. İ. Quliyev Bakı-Qazax yolunun 334-cü kilometrliyində şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış zamanı ondan 2,20 kq marixuana aşkarlanaraq götürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR