Kənd təsərrüfatı naziri İsmət Abbasov: “Bu günə qədər Azərbaycanda “quş qripi” virusu aşkarlanmayıb”

Kənd təsərrüfatı naziri İsmət Abbasov: “Bu günə qədər Azərbaycanda “quş qripi” virusu aşkarlanmayıb”
# 13 fevral 2007 09:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov deyib. İ. Abbasov bildirib ki, hökumət müəyyən məlumatlara əsaslanaraq, qabaqlayıcı tədbir kimi həm Rusiyadan, həm də Türkiyədən quş ətinin, eləcə də yem və yem avadanlıqlarının Azərbaycana idxalına qadağa qoyub: “Azərbaycanın müvafiq qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi olaraq biz əhaliyə dəfələrlə müraciət etmişik ki, çöl və ya ev quşu olmasından asılı olmayaraq, harada ölü quş görsələr, Dövlət Baytarlıq Xidmətinə məlumat versinlər. Bəzi rayonlarda quşlar arasında tələfat qeydə alınsa da, araşdırmaların nəticəsi göstərib ki, tələfatın səbəbi “quş qripi” ölməyib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR