Ağdamda 23 yaşlı qadın azyaşlı övladları ilə birgə yoxa çıxıb - FOTO

Ağdamda yoxa çıxan 23 yaşlı qadın və övladları

© APA | Ağdamda yoxa çıxan 23 yaşlı qadın və övladları

# 13 sentyabr 2021 16:35 (UTC +04:00)

Ağdamda 23 yaşlı qadın yoxa çıxıb.

APA-n yerli bürosunun xəbərinə görə, Əliyeva Ruqiyyə Həmid qızı məcburi köçkünlər üçün inşa olunan “Bənövşələr” qəsəbəsindəki ata evindən ötən gün səhər saatlarında çıxıb və evə qayıtmayıb. R. Əliyevanın yaxınları bu barədə DİN-in 102 çağırış mərkəzinə məlumat veriblər.

Yaxınları Ruqiyyə Əliyevanın psixoloji problemlərinin olduğunu, gedərkən 4 və 6 yaşında olan oğlanlarını da özü ilə apardığını bildiriblər.

Onu görənlərdən yaxınlıqdakı polis şöbəsinə və ya 050 564 76 04 nömrəsinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR