Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 28 iyul 2021 19:40 (UTC +04:00)

Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.

Rəşid İsmayılov küçəsində Məhəmməd Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobil sola dönmək istəyən zaman “ötmə qadağandır” nişanının tələbini pozan “Saipa” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək əvvəlcə “Mercedes”ə daha sonra qaz borusuna çırpılıb. Küçədə qazın verilişi dayandırılıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR