Bank Of Baku

FHN əməliyyat görüntülərini yayıb - VİDEO

FHN əməliyyat görüntülərini yayıb

© APA | FHN əməliyyat görüntülərini yayıb

# 02 sentyabr 2021 11:27 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 64 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 8 nəfər, o cümlədən dənizdə çimərlik ərazisində batma təhlükəsi olan 2 nəfər, Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən 1 nəfər xilas edilib.

Həmçinin, Nazirliyin dalğıc-axtarış qrupu Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarış işlərinə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR