Goranboy sakini güllələnib - VİDEO - YENİLƏNİB

Məharət İbrahimov

© APA | Məharət İbrahimov

# 25 iyun 2021 14:58 (UTC +04:00)

Goranboyda güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Məharət Fərman oğlu baş nahiyəsi və əlindən güllə yarası alıb. Ona tibbi yardım göstərilib.

Məlumata görə, M. İbrahimov qohumu, 1958-ci il təvəllüdlü Rahib Hacıyev tərəfindən təklülə tüfənglə güllələnib. M. İbrahimovun R. Hacıyevin qaynı olduğu, qohumlar arasından su üstündə insident yarandığı bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. R. Hacıyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR