İmişli sakini həmkəndlisi tərəfindən güllələnib

İmişli sakini həmkəndlisi tərəfindən güllələnib
# 26 may 2021 02:40 (UTC +04:00)

İmişlidə güllələnmə hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Çaxırlı kənd sakini, 1966-cı il təvəllüdlü Cəfərov Yadigar Əkbər oğlu münaqişə zəminində həmkəndlisi, 1993-cü il təvəllüdlü Alıyev Alı Tariyel oğluna ov tüfəngindən atəş açıb.

Sonuncu qolundan və qarın nahiyəsindən çoxsaylı güllə yaraları alıb. Yaralı Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Münaqişənin hansı zəmində baş verdiyi dəqiqləşdirilir. Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR