Ötən gün toy qaydalarını pozan 10 nəfər cərimələnib, 180 nəfər şənliyə buraxılmayıb

Ötən gün toy qaydalarını pozan 10 nəfər cərimələnib, 180 nəfər şənliyə buraxılmayıb
# 16 noyabr 2021 10:19 (UTC +04:00)

Noyabrın 15-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 71 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, monitorinq 61 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 180 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR