Saatlıda narkotacir tutulub

Saatlıda narkotacir tutulub
# 25 oktyabr 2021 09:36 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mustafabəyli kənd sakini, 24 yaşlı İnsafəli Ağayev şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış ümumi çəkisi 1 kiloqram 224 qram olan marixuana, eləcə də 7 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı İ.Ağayev qanunazid əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR