Bank Of Baku

Xaçmazda avtomobil qaçıran və digər oğurluqlar edən şəxslər tutulub - VİDEO

Xaçmazda qaçırılan avtomobil

© APA | Xaçmazda qaçırılan avtomobil

# 27 avqust 2021 16:27 (UTC +04:00)

Xaçmaz  Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edən bir nəfər  Xudat şəhər sakini  avqustun 26-da ona məxsus “VAZ-21013” markalı minik avtomobilinin qaçırıldığını bildirib. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun APA-ya bildirdiyinə görə daxil olmuş müraciətlə əlaqədar bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri Sərxan Fərhadov və Elvin Seyidov saxlanılıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin Xudat şəhəri ərazisindəki evlərdən xeyli sayda samovar, su matorları, elektrik naqilləri (kabel), mis məftillər oğurlladıqları müəyyən edilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR