Beyləqanda avtomobillər toqquşub, ölən var

Beyləqanda avtomobillər toqquşub, ölən var
# 27 aprel 2021 11:31 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 25-də saat 10 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Y.Cuvarlının idarə etdiyi “VAZ-21154” və S.Bayramovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə Y.Cuvarlının xəsarət almış sərnişini Könül Cəfərova xəstəxanaya yerləşdirilib və aprelin 26-da orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR