Kürdəmirdə 20 yaşlı oğlan göldə batıb

Kürdəmirdə 20 yaşlı oğlan göldə batıb
# 06 iyun 2020 18:13 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunun Sovla kəndində, süni göldə 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR