Oğuzda toy mərasimi keçirənlər cərimələnib

Oğuzda toy mərasimi keçirənlər cərimələnib
# 10 aprel 2021 09:56 (UTC +04:00)

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə toy mərasimi keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayon sakini İbrahim Məmmədovun yaşadığı Mollalı kəndindəki fərdi yaşayış evində özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğunu aşkar ediblər. Onlara qaydalar izah olunub və mərasimi təşkil edənlər barəsində qanunamüvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR