Bakıda yaşayış binasında yanğın olub, xəsarət alanlar var

yaşayış binasında yanğın

© APA | yaşayış binasında yanğın

# 10 may 2021 09:13 (UTC +04:00)

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 64 m² olan mənzildə ev əşyaları 4 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR