DSX rəisi: “Səngəçal aerodromundan qalxan helikopter "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb”

Elçin Quliyev

© APA | Elçin Quliyev

# 30 noyabr 2021 19:23 (UTC +04:00)

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-pol­kovnik Elçin Quliyev deyib.

“Bu gün - 30 noyabrda DSX-nın Mİ-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə hərəkətlənib. Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb”, - deyə DSX rəisi bildirib.

General qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Elçin Quliyev hadisə nəticəsində yaralanan şəxslərin DSX-nin hospitalında müalicə olunduqlarını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR