Azərbaycan Dövlət Kamera Orkestri Şanxayda keçiriləcək Beynəlxalq Musiqi Festivalında iştirak edəcək

Azərbaycan Dövlət Kamera Orkestri Şanxayda keçiriləcək Beynəlxalq Musiqi Festivalında iştirak edəcək
# 29 iyun 2010 17:09 (UTC +04:00)
Şəki. Ülkər Qasımova - APA. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Şanxayda keçiriləcək “Expo -2010” beynəlxalq musiqi festivalında iştirak edəcək. Bu barədə APA-ya orkestrin bədii rəhbəri, xalq artisti Teymur Göyçayev məlumat verib. O bildirib ki, bu ilin oktyabrında keçiriləcək festivala Azərbaycanın Kamera Orkestri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə qatılacaq.

Festivalda iştirak etmək üçün orkestrin 20 nəfərdən ibarət heyəti Şanxaya səfər edəcək. T. Göyçayevin sözlərinə görə, festival üçün xüsusi proqram hazırlanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR