Aygün Bəylər Paris Dünya Mədəniyyətləri Evində konsert verəcək

Aygün Bəylər Paris Dünya Mədəniyyətləri Evində konsert verəcək
# 28 fevral 2007 09:28 (UTC +04:00)
Azərbaycanın gənc muğam ustası Aygün Bəylər Parisdə keçirilən ənənəvi dünya milli musiqisi çərçivəsində konsert verəcək. APA-nın Avropa bürosunun məlumatına görə, konsert Paris Dünya Mədəniyyətləri Evində baş tutacaq. Konsertin təşkilatçısı Fransa tərəfidir, konsertlə bağlı elanlarda Aygün Bəylər muğam ifası üzrə yeni nəslin nümayəndəsi kimi təqdim edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR