Səid Rüstəmovun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Səid Rüstəmovun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib
# 04 may 2007 10:45 (UTC +04:00)
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Səid Rüstəmovun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinə çox böyük töhvələr verən Səid Rüstəmovun görkəmli bəstəkar olduğunu deyib. Nazir qeyd edib ki, məhz Səid Rüstəmovun sayəsində Azərbaycanda tar üçün ilk dərslik nəşr etdirilib. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttiafqının katibi Ramiz Zöhrabov Səid Rüstəmov yaradıcılığından söz açıblar. Yubiley tədbirində dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, müğənnilər Zakir Əliyev, Almaz Orucova və başqaları bəstəkarın musiqilərini ifa ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR