"Qozbel dağ" filminin ssenaristi vəfat edib

"Qozbel dağ" filminin ssenaristi vəfat edib
# 27 mart 2021 11:09 (UTC +04:00)

ABŞ-ın 85 yaşlı yazıçı və ssenaristi Larri Marmertri Texasda vəfat edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə onun ailəsindən bildirilib.

Yazıçının ölümünə səbəb ürək çatışmazlığı olub.

L. Marmertri həyatı boyu 50-dən çox əsər yazıb. 1986-cı ildə "Tənha göyərçin" romanına görə Pulitser mükafatını qazanıb. 2006-cı ildə isə rejissor Enqa Linin "Qozbel dağ" filminə görə ən yaxşı adaptə olunmuş ssenari nominasiyasında "Oskar" alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR