Azərbaycan hökuməti bu il 5,1%-lik iqtisadi artım gözləyir

Bakı

© APA | Bakı

# 05 noyabr 2021 11:44 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycan ÜDM-i 5,1% artacaq.

"APA-Economics"in məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Sözügedən şərtlər özünü doğrultduğu halda qeyr-neft ÜDM-i 6% artacaq.

2022-ci il üçün isə ÜDM-in real artımının 3,9% olacağı proqnozlaşdırılır və ilin sonuna 86,6 mlrd. manata çatacağı güman edilir. Qeyr-neft ÜDM-i isə 4,9% artacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR