Azərbaycanın qeyri-neft ixracında iştirak edən on əsas dövlət şirkəti - CƏDVƏL

Azərbaycanın qeyri-neft ixracında iştirak edən on əsas dövlət şirkəti - CƏDVƏL
# 30 iyul 2021 11:20 (UTC +04:00)

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft ixracında iştirak edən on əsas dövlət şirkəti 414,009 mln. ABŞ dollarında ixrac həyata keçirib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın məlumatları əsasında apardığı hesablamalara görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 55,9% çoxdur.

İlin ilk yarısında qeyri-neft ixracında iştirak edən ölkənin on əsas dövlət şirkətinin reytinqi:

#

Şirkətlər

İxrac, mln. dollar

İllik dinamika

1

“Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”

118,3

66,4%

2

“Socar Polymer” MMC

96,4

48,8%

3

"Azergold" QSC

67,2

55,9%

4

"Azəralüminium" MMC

48,4

44%

5

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

47,5

4,3 dəfə

6

"Azərenerji" ATSC

32,4

-21,7%

7

"Azərbaycan Dəmir Yolları" QSC

1,2

-

8

"Azəripək" MMC

1,1

6,7 dəfə

9

"Caspian Geo" MMC

0,769

-

10

Naxçıvan MR Dövlət Energetika Xidməti

0,74

3,1 dəfə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR