Mikayıl Cabbarov: "Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz 127,1% icra edilib"

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 21 iyun 2021 12:27 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd. manatdan çox olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, daxilolmalar üzrə proqnoz 127,1% icra edilib.

"Artım əsasən qeyri-neft sektorunun hesabına olub. Bu sahə üzrə daxilolmalar 2,754 mlrd. manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln. manat ödənilib", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR