Naxçıvanda orta aylıq əməkhaqqı yanvar-apreldə 3,2% artıb

Naxçıvanda orta aylıq əməkhaqqı  yanvar-apreldə 3,2% artıb
# 11 iyun 2021 18:00 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 536,3 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında da Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 536,3 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR