Ölkədaxili səfərlər zamanı Prezidentin Təhlükəsizlik Xidməti əməkdaşlarının xərclərinin ödənilməsi qaydası müəyyənləşib

Ölkədaxili səfərlər zamanı Prezidentin Təhlükəsizlik Xidməti əməkdaşlarının xərclərinin ödənilməsi qaydası müəyyənləşib
# 23 noyabr 2021 18:22 (UTC +04:00)

Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının mehmanxana xərcləri ilə bağlıdır.

Beləliklə, mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR