AYİB Azərbaycanda müxtəlif sektorların COVID-19-un yaratdığı şoklara qarşı davamlılığını qiymətləndirib

AYİB Azərbaycanda müxtəlif sektorların COVID-19-un yaratdığı şoklara qarşı davamlılığını qiymətləndirib
# 02 aprel 2020 10:08 (UTC +04:00)

Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) sərmayə qoyduğu regionlarda ölkələrin müxtəlif sektorlarının koronavirus (COVID-19) pandemiyasının yaratdığı şoklara qarşı davamlılığını qiymətləndirib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın COVID-19 infeksiyasının yaratdığı iqtisadi və sosial şoklara qarşı üst səviyyə davamlılığına pərakəndə satış sektoru, pul köçürmələri və qismən səhiyyə sistemləri malikdir.

Bankın qiymətləndirilməsinə əsasən, Azərbaycanın turizm sektoru, fiskal siyasəti və maliyyə sisteminin gücünü şoklara qarşı orta səviyyədə davamlıdır. Ölkənin ən həssas nöqtələri kimi, dövlətin səhiyyə xərclərinin ÜDM-də payının az olması, əmək bazarı və ixrac olan malların qiymətinin aşağı olması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR