ABŞ-da işsizlik yenidən artıb

ABŞ-da işsizlik yenidən artıb
# 08 may 2021 10:11 (UTC +04:00)

Bu ilin aprel ayında ABŞ-da iş yerlərinin sayı gözlənilən 978 min əvəzinə 266 min artıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni iş yerlərinin 218 mini özəl sektorun, 48 mini isə dövlət sektorunun payına düşüb. İqtisadi aktiv əhalinin ABŞ-ın ümumi əhalisindəki payı isə mart ayında 61,5%-dən 61,7%-dək artıb.

Qeyd edilir ki, iş yerlərinin sayının artmasına baxmayaraq, ölkədə işsizlik 6%-dən 6,1%-ə yüksəlib. "The Wall Street Journal"a görə, stimullaşdırıcı paketlər və COVID-19 pandemiyası ilə bağlı olan məhdudiyyətlərin tədricən aradan qaldırılması ölkə iqtisadiyatının artımını dəstəkləyir və əmək bazarını canlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR