Lavrov HAMAS lideri ilə görüşəcək

Lavrov HAMAS lideri ilə görüşəcək
# 27 fevral 2020 16:47 (UTC +04:00)

HAMAS hərəkatının lideri İsmayıl Haniyə Rusiyaya səfər edəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, martın 2-də İ. Haniyə Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcək.

“Görüş zamanı tərəflər ərəb-İsrail münaqişəsinin tənzimlənməsi perspektivlərini müzakirə edəcəklər”, - deyə M. Zaxarova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR