Rusiya, Türkiyə və İran liderlərinin videokonfrans formatında görüşü keçiriləcək

#
# 14:22
30 iyun 2020

Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında videokonfrans formatında görüş keçiriləcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, videokonfrans formatında görüş sabah baş tutacaq.

D. Peskov qeyd edib ki, videokonfrans zamanı Rusiya, Türkiyə və İran liderləri Astana formatı üzrə Suriya münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR