Rusiyada koronavirusa ilk yoluxma halı qeydə alınıb

#
# 16:44
31 yanvar 2020

Rusiyada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova məlumat verib.

Onun sözlərinə görə, koronavirusa iki nəfər yoluxub.  

Virusa yoluxma halı Zabaykalsk diyarı və Tümen vilayətində qeydə alınıb.

Onların hər ikisi Çin vətəndaşıdır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR