Rusiyada yanğın zamanı 6 nəfər ölüb

Rusiyada yanğın zamanı 6 nəfər ölüb
# 05 may 2020 08:53 (UTC +04:00)

Moskvaətrafı Ramenski rayonunda fərdi yaşayış evinin yanması nəticəsində 6 nəfər ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə fövqəladə xidmətdən bildirilib.

“Yanğın təxminən saat 04:00-da Durnixa şəhərində baş verib. Yanğın bütün evi bürüyüb. Söndürülmə zamanı dağıntıların altından altı nəfərin cəsədi çıxarılıb”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR