Moskvada qaynaq sexində güclü yanğın olub, 5 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Moskvanın Mıtişi rayonunda qaynaq sexində güclü yanğın

© APA | Moskvanın Mıtişi rayonunda qaynaq sexində güclü yanğın

# 08 may 2021 06:10 (UTC +04:00)

Moskvanın Mıtişi rayonunda qaynaq sexində baş verən güclü yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

APA Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinə istinadən xəbər verir ki, bir nəfərin yanmış cəsədi alov söndürüləndən sonra tapılıb.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

***

7 mart, saat 22:40

Moskvanın Mıtişi rayonunda qaynaq sexində güclü yanğın baş verib.

APA Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb.

Yaşayış olmayan ikimərtəbəli panel binada başlanan yanğın 225 kvadrat metr ərazini əhatə edib.

Alovun söndürülməsinə 38 yanğınsöndürən, 11 texnika cəlb edilib. Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR