Rusiyada koronavirusdan ölüm halında növbəti antirekord qeydə alınıb 

Rusiyada koronavirusdan ölüm halında növbəti antirekord qeydə alınıb 
# 09 noyabr 2021 12:42 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 39 160 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 873 655 nəfərə çatıb.
Son sutka ərzində 1211 nəfərin koronavirusdan öldüyü bildirilib. Beləliklə, pandemiya dövründə ölüm halında maksimum göstərici qeydə alınıb.
Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı 249 215 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR