Toto Kutunyo Gürcüstanın Müstəqil Günüdə Tiflisdə konsert proqramı ilə çıxış edəcək

Toto Kutunyo Gürcüstanın Müstəqil Günüdə Tiflisdə konsert proqramı ilə çıxış edəcək
# 23 may 2007 15:33 (UTC +04:00)
Tanınmış italyan müğənnisi Toto Kutunyo Gürcüstanın Müstəqillik Günü münasibətilə Tiflisin Azadlıq meydanında konsert proqramı ilə çıxış edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin gün Gürcüstanda bir sıra təntənəli tədbirlər, o cümlədən hərbi parad keçirilməsi nəzərdə tutulub. Hərbi paradı Gürcüstanın ali baş komandanı, prezident Mixail Saakaşvili qəbul etməsi gözlənilir. Paradda 12 min hərbçi, 3 min ehtiyatda olan zabit və əsgər, 100-dən artıq ağır texnika və aviasiya iştirak edəcək. Həmin gün Batumidə Türkiyənin “TAV-URBAN” şirkəti tərəfindən tikilmiş yeni aeroportun açılış mərasimi də keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR