Gürcüstan Rusiyadan ölkənin daxili işlərinə qarışmamağı tələb edib

Gürcüstan Rusiyadan ölkənin daxili işlərinə qarışmamağı tələb edib
# 06 noyabr 2007 16:42 (UTC +04:00)
Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko bu gün Gürcüstan Xarici İşlər Nazirliyinə dəvət edilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, səfirə Rusiya xarici işlər naziri Sergey Lavrovun Gürcüstanda yaranmış vəziyyətlə bağlı mətbuata verdiyi açıqlamalara rəsmi Tiflisin etirazı çatdırılıb. Xarici işlər naziri Gela Bejuaşvili Rusiya tərəfini Gürcüstanın daxili işlərinə qarışmaqdan çəkinməyə çağırdıqlarını bildirib.
Qeyd edək ki, S. Lavrov müxalifətin mitinqlərini Rusiya ilə əlaqələndirən Gürcüstan prezidenti Mixail Saakaşvilinin bəyanatını “fars” adlandırıb: “Mən bu siyasi xadimin çıxışlarını şərh etmək istəməzdim. Gürcüstan rəhbərliyinin hərəkətlərini müşayiət edən fars hər kəsə aydındır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR