Moskvada koronavirusa qarşı təkrar vaksinasiyaya başlanılıb

Moskvada koronavirusa qarşı təkrar vaksinasiyaya başlanılıb

© APA | Sergey Sobyanin

# 01 iyul 2021 12:58 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı təkrar vaksinasiyaya başlanılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyaninin saytı məlumat yayıb.

Təsdiq olunan protokola görə, mürəkkəb epidemioloji dövrdə hər altı aydan bir, normal epidemioloji dövrdə isə ildə bir dəfə peyvənd olunmaq lazımdır.

“Təkrar vaksinasiyaya ancaq peyvəndin birinci komponentini ən azı altı ay bundan qabaq vurduranlara buraxılır. Birinci dəfə hansı vaksinin vurulmasından asılı olmayaraq, təkrar vaksinasiya “Sputnik V”, ya da “Sputnik layt” peyvəndi ilə həyata keçirilir”, - deyə Moskva merinin saytında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR