Paşinyan hökuməti qadınları döyüş hissələrində xidmətə cəlb etmək niyyətindədir

Paşinyan hökuməti qadınları döyüş hissələrində xidmətə cəlb etmək niyyətindədir
# 24 avqust 2021 13:09 (UTC +04:00)

Ermənistan hökuməti silahlı qüvvələrin yenidən formalaşdırılması çərçivəsində qadınları döyüş hissələrində xidmətə cəlb etmək niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə Nazirlər Kabinetinin yeni proqramının təqdimatı zamanı bildirib.

“Proqramımızda qadınların silahlı qüvvələrin döyüş hissələrinə daha geniş şəkildə cəlb edilməsi ilə bağlı bir bənd var. Qadınların iştirakı ilə bağlı tezisin ideoloji və ya anti-ideoloji əsası yoxdur, ancaq praqmatik hesablamalarla şərtlənir. Qadınlar Ermənistan əhalisinin əksəriyyətini təşkil edir. Hər hansı bir sahədə öz resurslarından yetərincə istifadə edilməməsi ölkəmizin inkişaf potensialını təhrif etmək deməkdir”, - deyə N. Paşinyan qeyd edib.

O vurğulayıb ki, qadınların silahlı qüvvələrdə xidmətə cəlb olunması qadınların orduda kişilərlə bərabər xidmət edəcəyi anlamına gəlməməlidir: “Burada söhbət potensialın maksimal dərəcədə istifadəsindən gedir. Bu potensialı açmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR