Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu keçib

Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu keçib
# 18 oktyabr 2021 12:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 34 325 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 027 012 nəfərə çatıb.

Son sutka ərzində 998 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 224 310 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR