Rusiyada koronavirusdan ölənlərin sayı 189 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 189 mini ötüb
# 08 sentyabr 2021 12:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 024 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 065 904 nəfərə çatıb.

Son sutka ərzində 797 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə COVID-19-dan ölənlərin sayı 189 582 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR