Tokio Yay Olimpiya Oyunlarının məşəlinin yandırılacağı vaxt açıqlanıb

Tokio Yay Olimpiya Oyunlarının məşəlinin yandırılacağı vaxt açıqlanıb
# 25 oktyabr 2019 15:15 (UTC +04:00)

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi məşəlin marşrutunu açıqlayıb.

APA-nın məlumatına görə, yarışların rəmzi ənənəvi olaraq Yunanıstanda yandırılacaq,

Bu, gələn il martın 12-də baş verəcək. Bir həftə Yunanıstanda olacaq məşəl ayın 19-da Afinadakı “Panatinaikos” stadionunda asiyalılara ötürüləcək. Rəmz martın 20-də xüsusi təyyarə ilə Yaponiyaya yola salınacaq.

Məşəl martın 20-25-də Miyaqi, İvate və Fukusimada olacaq, Bundan sonra 121 günlük məşəl gəzintisinə start veriləcək.

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR