Silahlı Qüvvələrin hərbi qulluqçuları “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif ediliblər

Silahlı Qüvvələrin hərbi qulluqçuları “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif ediliblər
# 24 iyun 2021 14:12 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 4225 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Təltif edilənlərin 1-i general-leytenant, 3-ü general-mayor, 4-ü polkovnikdir.

Təltif olunanların siyahısı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR