Silahlı Qüvvələrin hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib

“Qubadlının azad olunmasına görə” medalı

© APA | “Qubadlının azad olunmasına görə” medalı

# 24 iyun 2021 12:00 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitandır.

Təltif olunanların siyahısı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR