ABB sahibkarlar üçün təlim keçirib

ABB sahibkarlar üçün təlim keçirib
# 25 oktyabr 2021 17:41 (UTC +04:00)

ABB Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Gəncə şəhərində təlim təşkil edib.

Tədbirdə Gəncə və ətraf bölgələrdən 30-a yaxın iş adamı qatılıb. İştirakçılar idxal-ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsi və “Yaşıl dəhliz” buraxılış sistemi”, biznes fəaliyyətində qarşıya çıxan problemlərin həlli ilə bağlı məlumatlandırılıblar.

Təlim iştirakçılarına kiçik və orta sahibkarlıq seqmenti üzrə kredit və qeyri-kredit məhsulları, maliyyə risklərinin idarə edilməsi məsələləri ilə bağlı da ətraflı məlumat verilib. İki günlük təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar qurmaq imkanı da qazanıblar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR