Azərbaycanın Rəqabət Məcəlləsi qısa müddətdə hökumətə təqdim olunacaq

Məmməd Abbasbəyli

© APA | Məmməd Abbasbəyli

# 18 noyabr 2021 17:14 (UTC +04:00)

Rəqabətə zidd davranışların qarşısının alınmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsini özündə ehtiva edən Rəqabət Məcəlləsi qısa müddətdə hökumətə təqdim olunacaq.

Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bunu Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bununla yanaşı, dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsinin hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.

Rəis müavini təbii inhisarların fəaliyyətinə nəzarət, keyfiyyət və rəqabət qabiliyyətinin artırılması, istehlak bazarına nəzarət sahəsinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib, Dövlət Xidmətinin rəqamsallaşmaya üstünlük verməsinin insan faktorunun azalmasına və obyektivliyin artırılmasına xidmət etdiyini vurğulayıb. Bildirilib ki, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyətini ehtiva edən ədalətli və azad rəqabət mühitinin qorunması, istehlakçı məmnunluğunun təmin edilməsi və milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyinin yüksəldilməsi Dövlət Xidmətinin strateji hədəfləri kimi müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR