Neftçilər günü ərəfəsində «Bulla-dəniz» yatağında platformanın yenidən qurulması başa çatdıracaq

Neftçilər günü ərəfəsində «Bulla-dəniz» yatağında platformanın yenidən qurulması başa çatdıracaq
# 02 sentyabr 2008 15:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sentyabrın 20-si - Neftçilər günü ərəfəsində ARDNŞ-in «Neftqaztikinti» tresti «Bulla-dəniz» yatağında, dənizin 23 metr dərinliyində yerləşdirilən 82 №-li platformanın rekonstruksiyasını başa çatdıracaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.
Platformanın üst hissəsində rekonstruksiya işlərindən sonra burada indiyədək istifadə olunmayan Çin istehsalı olan qazma dəzgahı, eləcə də əvvəllər nəzərdə tutulmayan vertolyot meydançası yerləşdiriləcək. Platformadakı köhnə evlər 36 vaxtaçının yaşaması üçün nəzərdə tutulan yeni ikimərtəbəli yaşayış evi ilə əvəz ediləcək. Platformanın vertolyot meydançası Bakı Dərin Özüllər Zavodunda hazırlanıb. Platformadan VIII horizonta, 6400 metr dərinliyə iki qaz quyusu qazılacaq ki, bunlardan biri axtarış-kəşfiyyat quyusudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR