«SOCAR Energy-Georgia»nın Gürcüstanda neft məhsullarını qəbul etmək və saxlamaq məqsədi ilə bazalar açacaq

# 10 sentyabr 2008 14:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. «SOCAR Energy-Georgia» MMC Gürcüstanda neft məhsullarını qəbul etmək və saxlamaq məqsədi ilə bazalar açacaq. «APA-Economics»in məlumatına görə, bu barədə şirkətin meneceri Rauf Quluzadə məlumat verib.

R.Quluzadənin sözlərinə görə, ilkin mərhələdə 4 bazanın açılması planlaşdırılır. Bu bazalardan ikisi Tiflisdə, ikisi isə regionlarda yerləşəcək. Növbəti mərhələlərdə təlabatdan asılı olaraq digər regionlarda da bazaların açılması gözlənilir.

Qeyd edək ki, «SOCAR Energy-Georgia» MMC bu il ərzində Gürcüstanda 12 yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Yaxın bir ayda əlavə olaraq 9 yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi planlaşdırılır.

R.Quluzadə Gürcüstanda «SOCAR Energy-Georgia» MMC üçün yeni inzibati binanın inşa olunacağını da bildirib. Şirkət nümayəndəsinin sözlərinə görə, artıq yer alınıb və binanın layihəsi hazırlanıb.

Onu da qeyd edək ki, ««SOCAR Energy-Georgia» MMC bu günədək Gürcüstan iqtisadiyyatına 400 mln. ABŞ dollarından artıq investisiya yatırıb. Şirkət 2006-cı ilin mart ayında yaradılıb. Şirkətdə ARDNŞ 51%, Petro-Trans FZCO 32,70%, İvan Çxartişvili 16,30% paya malikdir.

Sənaye və energeika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR