ABŞ-ın neft ehtiyatları 7 mln. bareldən çox artıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları 7 mln. bareldən çox artıb - PROQNOZ
# 13 may 2020 09:22 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (4-8 may) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 7,58 mln. barel artaraq 526,15 mln. barel təşkil edib. Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 5 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR