Ötən il ABŞ maye təbii qaz (LNG) ixracını 1,7 dəfə artıraraq təxminən 51,5 mlrd. kubmetrə çatdırıb.
Bu barədə "APA-Economics" ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinə (EIA) istinadən xəbər verir.
Məlumata görə, 2019-cu ildə ABŞ tərəfindən LNG-nin orta ixrac qiyməti 1000 kubmetr üçün təxminən 183,3 ABŞ dolları təşkil edib.