Azərbaycanda benzin istehsalı artıb, dizel istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda benzin istehsalı artıb, dizel istehsalı azalıb - CƏDVƏL
# 17 noyabr 2020 15:28 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 520,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% azalıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından neft bitumunun istehsalı 46%, sürtkü yağlarının istehsalı 9,1%, avtomobil benzininin istehsalı 1,1% artmış, dizel yanacağının istehsalı 1,2%, ağ neftin istehsalı 16,9%, neft koksunun istehsalı 17,1%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20,4%, yanacaq mazutunun istehsalı 51,7% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2020-ci ilin yanvar-oktyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Avtomobil benzini, min ton

957,8

101,1

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

161,9

79,6

Ağ neft, min ton

408

83,1

Dizel yanacağı, min ton

1 693,9

98,8

Yanacaq mazutu, min ton

47,8

48,3

Sürtkü yağları, min ton

20,3

109,1

Neft bitumu, min ton

299,8

146

Neft koksu, min ton

164,4

82,9

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR